PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2026-cı ilin III rübünün sonunda Azərbaycanda dövriyyədə olan yerləşdirilmiş qiymətli kağızların ümumi həcmi 47 milyard 772 milyon manat təşkil edib. Bu, II rübün sonu ilə müqayisədə 1 milyard 964 milyon manat və ya təxminən 4,3% çoxdur.
PostNews xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) II və III rüblər üzrə statistik bülletenində məlumat verilib.
Bülletenə əsasən, 2026-cı ilin II rübünün sonunda dövriyyədə olan yerləşdirilmiş qiymətli kağızların həcmi 45 milyard 808 milyon manat olub.
Qiymətli kağızların strukturu
III rübün sonunda dövriyyədə olan yerləşdirilmiş qiymətli kağızların strukturunda səhmlər üstünlük təşkil edib. Bu dövrdə səhmlərin həcmi 23 milyard 750 milyon manat təşkil edib.
Digər qiymətli kağız növləri üzrə göstəricilər belə olub:
- Dövlət istiqrazları – 7 milyard 735 milyon manat;
- Korporativ istiqrazlar – 14 milyard 547 milyon manat.
ABŞ dolları ilə ifadə olunan korporativ istiqrazların həcmi isə III rübün sonunda 5 milyard 879 milyon manat ekvivalentində qeydə alınıb.
Qiymətli kağızların sayı
MDM-in statistik məlumatlarına görə, III rübün sonunda dövriyyədə olan qiymətli kağızların sayı Azərbaycan manatı ilə ifadədə 2 372, ABŞ dolları ilə ifadədə isə 55 olub.

