Banklarda 6 milyard manata yaxın sərbəst vəsait var

Mətn Ölçüsü

Banklar mövcud normativ tələbləri pozmadan sərəncamlarındakı sərbəst vəsaiti kreditləşməyə yönəldə bilərlər. Bununla belə, həmin vəsaitlərdən hazırda tam istifadə olunmur.

PostNews xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında məlumat verib.

Kazımovun sözlərinə görə, bank sektorunda 6 milyard manata yaxın sərbəst vəsait mövcuddur. Mərkəzi Bank likvidliyi idarə edir, banklar isə bu vəsaitləri mövcud normativ tələbləri pozmadan kredit vermək üçün istifadə edə bilərlər.

AMB sədri bildirib ki, bankların cəlb etdiyi vəsaitlərdən istifadə edərək kreditləşməni sürətlə artırması geniş pul kütləsinin inflyasiyaya təsir göstərə biləcək amillərdəndir. Hazırda kreditləşmədə kəskin artım müşahidə olunmadığı üçün Mərkəzi Bank bu təsirlə bağlı ciddi narahatlıq görmür.

“Bank sektorunda 6 milyard manata yaxın sərbəst vəsait var. Banklar bu vəsaitləri mövcud tələbləri pozmadan kreditləşməyə yönəldə bilərlər, lakin hazırda həmin vəsaitlərdən tam istifadə olunmur”, – deyə Taleh Kazımov qeyd edib.

O əlavə edib ki, geniş pul kütləsinin artımından qaynaqlanan inflyasiya təzyiqləri nəzarətdə saxlanılır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri