TƏBİB tabeliyindəki xəstəxanalarda xidmət çeşidləri artırılacaq

Mətn Ölçüsü

İlin sonuna qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanalarda yeni layihələr həyata keçiriləcək və göstərilən tibbi xidmətlərin çeşidi genişləndiriləcək.

PostNews xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisələrində xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər davamlı xarakter daşıyır.

Bahadur Rzayev bildirib ki, cari dövrədək həm oftalmologiya, həm də digər tibbi istiqamətlər üzrə bir sıra layihələr həyata keçirilib. İlin sonunadək isə yeni layihələrin icrası və onların çərçivəsində açılışların keçirilməsi nəzərdə tutulur.

“İlin sonuna kimi də bir çox layihələrimiz var və həmin layihələr üzrə açılışlarımız nəzərdə tutulacaq, xidmət çeşidləri artırılacaq”, – deyə o qeyd edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri