AMB 2022–2026-cı illər strategiyasının 85%-ni icra edib

Mətn Ölçüsü

Maliyyə sektorunun inkişafı üzrə hazırkı strategiyada nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85%-i yerinə yetirilib. 2026-cı ilin yekunlarına dair geniş hesabatın 2027-ci ilin birinci rübündə açıqlanması gözlənilir.

PostNews xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.

Kazımov 2022–2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasının icrasının davam etdiyini və hədəflərin təqribən 85%-nə nail olunduğunu qeyd edib. O, bu göstəricini müsbət qiymətləndirsə də, icra səviyyəsinin daha yüksək olmasını istədiklərini deyib.

AMB sədri 2026-cı ilin nəticələrinə dair geniş hesabatın gələn ilin birinci rübündə təqdim ediləcəyini bildirib. Sənəddə strategiyanın icrası, əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər əksini tapacaq.

Eyni zamanda, 2027–2030-cu illər üçün yeni maliyyə sektorunun inkişaf strategiyasının hazırlanması demək olar ki, başa çatıb. Kazımov sənədin yaxın dövrdə təqdim ediləcəyini və onun icrası ilə bağlı hər il hesabat veriləcəyini bildirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri