AMB bir-iki ölkənin mərkəzi bankı ilə rəqəmsal ödənişlər üzrə detallı danışıqlara başlayıb

Mətn Ölçüsü

Müxtəlif ölkələrin mərkəzi banklarını vahid sistemdə birləşdirən beynəlxalq rəqəmsal platforma yoxdur. AMB sədri Taleh Kazımov bildirib ki, qurum ölkələrlə ayrıca danışıqlar aparır və bir-iki tərəfdaşla daha detallı proseslərə başlayıb.

PostNews xəbər verir ki, Kazımov bu barədə faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, ölkələr arasında ödəniş sistemlərinin inteqrasiyası və məlumat mübadiləsi üzrə vahid beynəlxalq rəqəmsal platforma mövcud deyil. Buna görə də AMB əməkdaşlıq məsələlərini hər bir ölkənin mərkəzi bankı ilə ayrıca müzakirə edir.

AMB sədri xarici bankların Azərbaycanda fəaliyyətinə də münasibət bildirib. O, Mərkəzi Bankın xarici bankların ölkəyə gəlməsindən narahat olduğu barədə fikirləri yanlış adlandırıb və bu prosesə dəstək verdiklərini deyib.

Kazımovun sözlərinə görə, xarici bankların fəaliyyəti maliyyə sektorunda rəqabətin artmasına, insan kapitalının inkişafına, informasiya texnologiyaları və təhlükəsizlik imkanlarından istifadənin genişlənməsinə töhfə verə bilər. AMB xarici maliyyə institutlarının kapital bazarı və sığorta sektorunda fəaliyyətinə də açıqdır.

O əlavə edib ki, Azərbaycanın maliyyə sektorunu xaricdə tanıtmaq xarici investorların və maliyyə institutlarının ölkəyə marağını artırmaq baxımından vacibdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri