“Bank Melli İran”ın Azərbaycandakı bazar payı sıfıra yaxındır

Mətn Ölçüsü

AMB sədri Taleh Kazımov bildirib ki, “Bank Melli İran” Azərbaycan Mərkəzi Bankının tələblərinə əməl edir və qurumun bankla bağlı yeni məhdudiyyət planı yoxdur.

PostNews xəbər verir ki, T.Kazımov bunu faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankın Azərbaycandakı bazar payı sıfıra yaxındır. “Bank Melli İran” uzun müddətdir ölkədə fəaliyyət göstərir və yerli qaydaları bilir. AMB hazırda bankın fəaliyyəti ilə bağlı problem görmür.

Kazımov qeyd edib ki, bank illərdir sanksiyalar altındadır, buna baxmayaraq, Azərbaycanda fəaliyyətini davam etdirir. Mərkəzi Bankın sədri “Bank Melli İran”a qarşı yeni tədbirlərin görülməsinin nəzərdə tutulmadığını vurğulayıb.

Xatırladaq ki, “Bank Melli İran” ABŞ-nin sanksiyalarına məruz qalan İran maliyyə institutlarından biridir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri