PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Laos Prezidenti Thonqlun Sisulit Azərbaycan Prezidenti İlham Əliyevi Laos Xalq Demokratik Respublikasına rəsmi səfərə dəvət edib. Dəvət Laosun Azərbaycana yeni təyin olunmuş səfiri Siphandon Oybuabuddinin dövlət başçısı ilə görüşündə çatdırılıb.
PostNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Laosun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul etməsi zamanı məlumat verilib.
Görüşdə səfir Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycan Prezidentinə ölkəsinə rəsmi səfər etmək barədə dəvətini dövlət başçısına çatdırıb.
Siphandon Oybuabuddini, həmçinin Laos Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bir daha ifadə etdiyini bildirib.

