PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
ABŞ Prezidenti Donald Tramp Ruanda və Cənubi Afrikanın Afrika ölkələrinə Amerika bazarına rüsumsuz məhsul ixrac etmək imkanı verən AGOA proqramında iştirakını dayandırmaq qərarına gəlib.
PostNews xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir məlumat verib.
Onun yazılı açıqlamasında bildirilib ki, qərar Afrika ölkələrinin proqram çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi ilə bağlı sonuncu illik qurumlararası qiymətləndirmənin nəticələrinə əsasən qəbul edilib.
Qririn sözlərinə görə, qiymətləndirmə nəticəsində Donald Tramp Ruanda və Cənubi Afrika hökumətlərinin fəaliyyətinin AGOA proqramında iştirak meyarlarına uyğun olmadığı qənaətinə gəlib.
ABŞ administrasiyasının narazılıqları
Vaşinqton Cənubi Afrikada Amerika mallarının və investisiyalarının qarşısında maneələrin yaradılmasından, korrupsiyadan, eləcə də ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarına qarşı təhdidlərdən ciddi narahatlıq keçirdiyini bildirib.
Açıqlamada Ruanda ilə bağlı da oxşar nəticələrə gəlindiyi qeyd olunub.
AGOA proqramı nədir?
Qeyd edək ki, Afrika İnkişafı və İmkanları Aktı (AGOA) ABŞ Konqresi tərəfindən 2000-ci il mayın 18-də qəbul edilib.
Proqram müəyyən şərtlərə cavab verən Afrika ölkələrinə məhsullarını ABŞ bazarına gömrük rüsumları tətbiq edilmədən ixrac etmək imkanı yaradır. Bu mexanizm Afrika ölkələrinin ABŞ ilə ticarət əlaqələrinin genişləndirilməsini və iqtisadi inkişafını dəstəkləmək məqsədi daşıyır.

