PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2026-cı il noyabrın 1-nə 15 milyard 430 milyon ABŞ dollarına çatıb. Son bir ildə ehtiyatlar 4,062 milyard dollar və ya 35,7% artıb. Eyni tarixə ölkədə pul bazası isə 25,146 milyard manat təşkil edib.
PostNews xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik məlumatlarda bildirilib.
Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-i ilə müqayisədə 67 milyon dollar və ya 0,44% artıb.
Ötən ilin eyni tarixi ilə müqayisədə isə valyuta ehtiyatlarında 4 milyard 62 milyon dollar və ya 35,7% artım qeydə alınıb.
Belə ki, 2025-ci il noyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 363 milyon dollar təşkil edib. 2026-cı il oktyabrın 1-də bu göstərici 15 milyard 363 milyon dollara yüksəlib.
Azərbaycanda pul bazası 25,1 milyard manatı ötüb
Mərkəzi Bankın açıqladığı digər göstəriciyə əsasən, 2026-cı il noyabrın 1-nə Azərbaycanda pul bazası 25 milyard 146 milyon manat təşkil edib.
Bu, oktyabrın 1-i ilə müqayisədə 328,2 milyon manat və ya 1,32% çoxdur.
Son bir ildə ölkədə pul bazası 3 milyard 751 milyon manat və ya 17,5% artıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci il noyabrın 1-nə pul bazası 21 milyard 395 milyon manat, 2026-cı il oktyabrın 1-nə isə 24 milyard 818 milyon manat olub.

