PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq. Görüşdə müharibədən sonrakı təhlükəsizlik, gərginliyin azaldılması və sülh nizamlanması məsələləri müzakirə ediləcək.
PostNews xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində paylaşım edib.
Uitkoff bildirib ki, ABŞ administrasiyası Prezident Donald Trampın müharibəni başa çatdırmaq səyləri çərçivəsində Əbu-Dabidə keçiriləcək danışıqlarda vasitəçi kimi çıxış edəcək.
“Birləşmiş Ştatlar Prezident Trampın müharibəni başa çatdırmaq səylərini irəli aparmaq məqsədilə noyabrın 10–11-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində keçiriləcək danışıqlarda vasitəçi kimi çıxış edəcək”, – deyə o qeyd edib.
Danışıqların əsas mövzuları açıqlanıb
Stiv Uitkoffun sözlərinə görə, görüşdə əsas diqqət bir neçə istiqamət üzrə razılaşmaların əldə olunmasına yönəldiləcək.
Bunlara müharibədən sonrakı təhlükəsizlik məsələləri, gərginliyin azaldılması, humanitar təşəbbüslər və sülh yolu ilə nizamlanma istiqamətində atılacaq növbəti addımlar daxildir.

