Lavrov: “3+3” formatında növbəti görüş yaxın vaxtlarda keçirilə bilər

Mətn Ölçüsü

Rusiya “3+3” regional məsləhətləşmə formatı çərçivəsində növbəti görüşün yaxın vaxtlarda təşkil olunacağına ümid edir. Moskva görüşün Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilməsini məqsədəuyğun hesab edir.

PostNews xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk beynəlxalq konfransının yüksək səviyyəli plenar iclasında bildirib.

Lavrovun sözlərinə görə, “3+3” formatının iştirakçıları birləşdirici gündəliyin irəli aparılması barədə razılığa gəliblər.

“Bu platformanın iştirakçıları birləşdirici gündəliyin irəli aparılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, – nazir qeyd edib.

Xatırladaq ki, “3+3” regional məsləhətləşmə formatına Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyə daxildir.

Daha əvvəl Sergey Lavrov Rusiya tərəfinin xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşünün Azərbaycanda, sonrakı görüşün isə Ermənistanda keçirilməsini düzgün hesab etdiyini bildirmişdi.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri