PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Noyabrın 2-dən etibarən “TəhsilPlus” Mastercard kartı sahibləri Bakı metrosu və avtobuslarda həftənin iş günləri ərzində ilk gedişlərini 1 qəpiyə həyata keçirə biləcəklər. Kampaniya çərçivəsində güzəştdən yararlanmaq üçün Apple Pay və ya Google Pay vasitəsilə təmassız ödəniş etmək tələb olunur.
PostNews xəbər verir ki, “K Group” MMC (“BakıKart”) və Mastercard-ın əməkdaşlığı çərçivəsində təhsil işçiləri üçün güzəştli gediş kampaniyası istifadəyə verilib.
1 qəpiklik gediş kampaniyası necə işləyir?
Kampaniyanın şərtlərinə əsasən, “TəhsilPlus” Mastercard kartı sahibləri bazar ertəsindən cümə gününədək Bakı metrosunda və avtobuslarda gün ərzində ilk gedişlərini cəmi 0,01 manata həyata keçirə bilərlər.
Güzəştdən yararlanmaq üçün “TəhsilPlus” kartını Apple Pay və ya Google Pay elektron pul kisəsinə əlavə etmək və NFC texnologiyası vasitəsilə təmassız ödəniş etmək kifayətdir.
İlk gediş zamanı kart hesabından birbaşa 1 qəpik tutulur. Gün ərzində növbəti gedişlər isə qüvvədə olan standart tariflər əsasında hesablanır.
Kampaniyanın məqsədi
“BakıKart”ın məlumatına görə, ictimai nəqliyyatda müasir ödəniş həllərinin tətbiqi ilə yanaşı, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına yönəlmiş təşəbbüslərə də diqqət yetirilir.
Mastercard ilə birgə həyata keçirilən kampaniya təhsil işçiləri üçün güzəştli gediş imkanlarının yaradılmasına yönəlib.


