PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) arasında strateji əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər sığorta savadlılığının artırılması, biznes ictimaiyyətinin bu sahədə fəal iştirakının təşviqi və dayanıqlı biznes mühitinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair razılıq əldə ediblər.
PostNews xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyası və AmCham Azərbaycanın rəhbərlikləri arasında görüş keçirilib.
Görüşdə sığorta sektorunda maarifləndirmə işlərinin genişləndirilməsi və biznes nümayəndələrinin sığorta sahəsində daha fəal iştirakının təmin edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Sığorta savadlılığı və biznes mühitinin inkişafı müzakirə olunub
Tərəflər sığorta savadlılığının artırılması, biznes ictimaiyyətinin bu sahədə fəal iştirakının təşviqi və ölkədə daha dayanıqlı, məlumatlı biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüşün nəticəsi olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası ilə AmCham Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub.
Qeyd edək ki, AmCham Azərbaycanın tədbirlər təqvimində 2 noyabr tarixində bank, maliyyə, sığorta, qida və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən biznes nümayəndələrinin iştirakı ilə komitələrin birgə iclası da nəzərdə tutulub.

