PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin layihələrinə dair rəyləri təsdiq edərək Milli Məclisə təqdim etmək barədə qərar qəbul edib. Sənədlərdə büdcə gəlirləri, xərcləri və kəsir proqnozlarının düzgünlüyü, eləcə də layihələrin qanunvericiliyə uyğunluğu qiymətləndirilib.
PostNews xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə qurumun növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasının məlumatına görə, iclasda ilk olaraq 2027-ci il dövlət büdcəsinin layihəsinə dair qurumun Rəyi müzakirə olunub.
2027-ci ilin dövlət büdcəsinin layihəsinə dair Rəy təsdiqlənib
Müzakirələr zamanı bildirilib ki, Rəy dövlət büdcəsi haqqında qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun qiymətləndirilməsini əhatə edir.
Sənəddə, həmçinin dövlət büdcəsinin nəzərdə tutulan gəlir və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı təhlil edilib.
Kollegiya iclasında Rəydə əksini tapan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə olunub, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Yekunda Rəyin təsdiq edilərək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması barədə qərar qəbul edilib.
DSMF-nin 2027-ci il büdcə layihəsinə dair Rəy də təsdiqlənib
Kollegiya iclasında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə dair Hesablama Palatasının Rəyi də müzakirə olunub.
Həmin Rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb.
Müzakirələrin yekununda sənədin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi barədə qərar verilib.


