Dauren Bimov: Azərbaycan və Qazaxıstan arasında yeni investisiya layihələri nəzərdə tutulur

Mətn Ölçüsü

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, sənayeləşmə və investisiya əməkdaşlığının genişləndirilməsi üzrə konkret layihələrin icrası nəzərdə tutulur. Qazaxıstanlı iş adamı Dauren Bimov bildirib ki, iki ölkənin İşgüzar Şurası çərçivəsində bu istiqamətlər üzrə fəaliyyət planı hazırlanıb.

PostNews xəbər verir ki, bunu Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının Qazaxıstan tərəfindən həmsədri, Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyinin (KIT) təsisçisi Dauren Bimov Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində açıqlamasında deyib.

Onun sözlərinə görə, forumun yüksək səviyyədə təşkili və iştirakçıların fəallığı biznes əlaqələrinin, sahibkarlığın və investisiya mühitinin inkişafına marağı göstərir.

Qazaxıstan investisiya ekosistemi Azərbaycandakı fəaliyyətini genişləndirəcək

Dauren Bimov qeyd edib ki, “Kazakhstan Investment Development” (KID) ekosistemi Azərbaycandakı fəaliyyətini və TEI Forum kimi platformalarda iştirakını genişləndirməyi planlaşdırır.

O bildirib ki, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və sənayeləşmə istiqamətində konkret fəaliyyət planı hazırlanıb.

“Eyni zamanda, Qazaxıstan və Azərbaycan arasında fəaliyyət göstərən İşgüzar Şura çərçivəsində iki ölkənin ticarət dövriyyəsinin artırılması və sənayeləşmə üzrə konkret fəaliyyət planı hazırlanıb”, – Dauren Bimov vurğulayıb.

“BMG International” ilə biznes və investisiya əməkdaşlığı

Qazaxıstanlı iş adamı “BMG International” şirkəti ilə əməkdaşlıq perspektivlərinə də toxunub.

Onun sözlərinə görə, tərəflər arasında ortaq missiya, baxış və dəyərlər əsasında tərəfdaşlıq formalaşıb.

“BMG International” Qazaxıstanın investisiya ekosisteminin Azərbaycandakı təmsilçiliyində mühüm rol oynaya, eləcə də iki ölkə arasında müxtəlif biznes və investisiya layihələrinin həyata keçirilməsinə töhfə verə bilər”, – o qeyd edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri