Ukraynanın “Naftoqaz” şirkəti ölkənin enerji sistemini sabitləşdirmək məqsədilə bu həftə Avropadan elektrik enerjisi idxalını artırıb.
PostNews-in məlumatına görə, bu barədə şirkətin yaydığı rəsmi açıqlamada bildirilib.
Naftoqazın İdarə Heyətinin sədri Sergey Koretski qeyd edib ki, hökumət qərarında nəzərdə tutulduğu kimi, idxal olunan elektrik enerjisinin həcmi artıq şirkətin bütün müəssisələrinin ehtiyaclarının 50%-dən çoxunu ödəyir.
Onun sözlərinə görə, idxal hesabına formalaşan bu enerji həcmi məişət istehlakçılarının ehtiyaclarının qarşılanması üçün sərbəstləşdirilib. Bu addım ölkədə enerji təchizatının dayanıqlığını gücləndirməyə xidmət edir.

