Dünya Bankı və GEF 11,74 milyon dollarla Xəzər dənizi layihəsini maliyyələşdirəcək

Mətn Ölçüsü

Dünya Bankı “Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı layihənin maliyyələşdirilməsini 25 mart 2026-cı ildə təsdiqləyəcək. Əvvəlcə qərarın 25 fevral 2025-ci ildə qəbul olunması planlaşdırılmışdı.

PostNews xəbər verir ki, layihəyə Azərbaycan, Qazaxıstan və Türkmənistan iştirak edir və məqsəd çirklənməyə qarşı mübarizə aparmaq, biomüxtəlifliyi qorumaq və regional əməkdaşlığı gücləndirməkdir.

Layihəyə Qlobal Ekoloji Fond (GEF) tərəfindən 11,743,120 ABŞ dolları qrant ayrılıb. Bununla yanaşı, Dünya Bankı İdarə Heyətinə təqdim olunacaq layihə 8,243,120 ABŞ dolları həcmində maliyyələşməni əhatə edəcək. UNOPS layihənin icraedici agentliyi qismində fəaliyyət göstərəcək və 183,489 ABŞ dolları məbləğində hazırlıq qrantı (PPG) alacaq.

Layihənin üç əsas komponenti var:

  • Çirklənmənin idarə olunmasının gücləndirilməsi – 3,900,000 ABŞ dolları
  • Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi – 3,900,000 ABŞ dolları
  • Layihənin idarə edilməsi – 443,120 ABŞ dolları

Layihə həmçinin Tehran Konvensiyası və müvafiq protokollar üzrə ölkələrin öhdəliklərinin icrasını dəstəkləyəcək və iştirakçı ölkələrdə institusional potensialın artırılmasını təmin edəcək.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti