Malta Azərbaycan şirkətləri üçün Avropa bazarına çıxış platforması ola bilər – Keçmiş nazir

Mətn Ölçüsü

Maltanın keçmiş nəqliyyat, infrastruktur və kapital layihələri naziri Aron Farruqia hesab edir ki, Malta Azərbaycan şirkətlərinin Avropada biznes qurması və fəaliyyətini genişləndirməsi üçün əlverişli məkan ola bilər.

PostNews xəbər verir ki, bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Maltanın keçmiş nəqliyyat, infrastruktur və kapital layihələri naziri Aron Farruqia deyib.

Malta Azərbaycan şirkətlərinə Avropa bazarına çıxış imkanı təklif edir

Aron Farruqianın sözlərinə görə, Azərbaycanda fəaliyyətini genişləndirən və xarici bazarlara çıxmaq istəyən çoxsaylı şirkətlər var.

O bildirib ki, Azərbaycan şirkətləri artıq Xəzər regionu ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistanla biznes əlaqələri qurmağa başlayıblar. Bununla belə, Avropa bazarına çıxış onlar üçün hələ də müəyyən çətinliklər yarada bilər.

“Onlar artıq Xəzər regionu ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistanla əlaqələr qurmağa başlayıblar. Amma Avropa bazarı hələ də bir qədər uzaq görünür. İnanıram ki, Malta Avropa bazarında biznes qurmaq istəyən istənilən Azərbaycan şirkəti üçün ideal məkandır”, – deyə A.Farruqia qeyd edib.

Keçmiş nazir Maltanın Azərbaycan şirkətlərinin Avropa bazarında fəaliyyətə başlaması və biznes əlaqələrini genişləndirməsi üçün potensial imkanlar yarada biləcəyini vurğulayıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri