2025-ci ildə Gürcüstanın ixracı 11,2% artaraq 7,29 milyard dollara çatıb

Mətn Ölçüsü

2025-ci ildə Gürcüstanın ixracı 11,2% artaraq 7 milyard 291,2 milyon dollar həcmində qeydə alınıb.

PostNews xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze açıqlayıb.

Onun sözlərinə görə, ölkənin xarici ticarət dövriyyəsi 10,1% artaraq 25 milyard 820,9 milyon dollar səviyyəsinə çatıb. Yerli ixrac isə 12,5% artaraq 3 milyard 367,4 milyon dollar təşkil edib.

Tsintsadze bildirib ki, yerli ixracın bu artımı Gürcüstan məhsullarının beynəlxalq bazarlarda rəqabətədavamlılığını göstərir. 2025-ci ilin dekabr ayında ixrac 22,5% artaraq 673,2 milyon dollar, daxili ixrac isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 58,1% artaraq 368 milyon dollar olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti