Dünyanın ən böyük texnologiya şirkətləri olan “Meta”, “ByteDance” və “Google” uşaqları qəsdən sosial media platformalarına aludə etmək və onlara zərər vermək iddiaları ilə Los-Ancelesdə məhkəmə prosesi ilə üzləşiblər.
PostNews xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi bu həftə andlı münsiflər heyətinin seçimi ilə başlayır və işin nəticəsi sosial media platformalarının uşaqlarla bağlı siyasətlərinə ciddi təsir göstərə bilər.

