PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Bu gün – oktyabrın 31-də İqtisadiyyat.az xəbər portalının fəaliyyətə başlamasından 8 il ötür.
2018-ci il oktyabrın 31-də fəaliyyətə başlayan İqtisadiyyat.az müstəqil informasiya siyasəti həyata keçirən media subyekti kimi ölkənin media məkanında özünəməxsus yer tutur.
Portal Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, sosial, iqtisadi və mədəni hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini operativ şəkildə oxuculara çatdırır.
Bununla yanaşı, internet nəşrində müxtəlif sahələri əhatə edən müsahibələr, reportajlar, müəllif yazıları, analitik təhlillər və araşdırmalar dərc olunur.
İqtisadiyyat.az-ın əsas fəaliyyət prinsipləri operativlik, obyektivlik və dəqiqlikdir. Portal xəbərləri oxuculara etibarlı və dolğun şəkildə təqdim etməyi, gündəmin mühüm hadisələrini işıqlandırmağı qarşısına məqsəd qoyub.
İqtisadiyyat.az yalnız rəsmi internet saytı ilə deyil, sosial şəbəkələrdəki səhifələri vasitəsilə də geniş auditoriyaya çatır. Hazırda portalın “Telegram” kanalında 20 minə yaxın, “Instagram” səhifəsində 73 min, “TikTok” hesabında 150 min, “Facebook” səhifəsində isə 105 min izləyicisi var.
Kiçik və peşəkar kollektivlə fəaliyyətini davam etdirən İqtisadiyyat.az qarşıdakı illərdə də informasiya sahəsində yeni uğurlara imza atmağı, auditoriyasını genişləndirməyi və oxucularının etimadını doğrultmağı hədəfləyir.
İqtisadiyyat.az kollektivi bu yolda onlara dəstək olan bütün oxucularına və izləyicilərinə təşəkkür edir.


