Türkiyənin Dezinformasiya İlə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
PostNews xəbər verir ki, iddialara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda həlak olmuş əsgərlərin ailələrinə 10 milyon dollar yardım ayırıb.
DMM açıqlayıb ki, bu məlumatlar tamamilə əsassızdır və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alır. Qurum ictimaiyyətə yalnız rəsmi açıqlamalara etibar etməyi tövsiyə edib.
Qurum bildirib ki, sosial şəbəkələrdə yayılan dezinformasiyalar, regional əlaqələrdə yanlış anlaşılmalara yol aça bilər və buna görə də, yayılan informasiyaların mənbəyini yoxlamaq vacibdir.

