PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ümumi nominal dəyəri 50 milyon manat olan istiqraz emissiyası dövlət qeydiyyatına alınıb. Kütləvi təklif üsulu ilə yerləşdirilən emissiya 50 min istiqrazdan ibarətdir.
PostNews xəbər verir ki, bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.
Məlumata görə, Fond hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd istiqraz emissiya edib. İstiqrazların ümumi nominal dəyəri 50 milyon manat təşkil edir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilib və 12 oktyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb. Emissiyaya AZ2116008684 dövlət qeydiyyat nömrəsi verilib.
Fondun fəaliyyət istiqamətləri
Qeyd edək ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ölkədə ipoteka kreditləşməsi sisteminin inkişafı, əhalinin mənzil əldə etmək imkanlarının genişləndirilməsi və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir.
Fond ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini, sahibkarlıq kreditləri üzrə zəmanət və subsidiyaların verilməsini həyata keçirir.

