Ermənistan Avropa İttifaqının “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə cəlb olunmasında maraqlıdır.
PostNews xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqından olan səfirlərin iştirakı ilə keçirilən “Ermənistan və dünya risklərin və imkanların kəsişməsində” mövzulu diskusiyada çıxışı zamanı bunu bildirib.
Paşinyan qeyd edib ki, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması və TRIPP layihəsinin praktiki olaraq həyata keçirilməsi istiqamətində mühüm addım atılıb. O bildirib:
“Bu münasibətlə hamımızı təbrik edirəm. Aydın məsələdir ki, indi regionumuza böyük investisiyalar və böyük maliyyə vəsaitləri yönəldiləcək. Bu, xoş xəbərdir.”
Baş nazirin sözlərinə görə, layihədə ABŞ-nin iştirakı artıq müəyyən edilib, və Avropa İttifaqının TRIPP layihəsinə cəlb olunması formatı və digər konkret layihələrlə bağlı Aİ tərəfdaşları ilə detallı müzakirələr aparılması vacibdir.
Paşinyan vurğulayıb:
“Biz bunda maraqlıyıq.”
