“World” Təhsil və İnkişaf Platforması 13 illiyini qeyd edib

Mətn Ölçüsü

“World” Təhsil və İnkişaf Platformasının 13 illik fəaliyyətinə həsr olunan “World Networking Day” tədbirində müxtəlif sahələri təmsil edən 80-ə yaxın sahibkar bir araya gəlib. Görüşdə platformanın həyata keçirdiyi təhsil layihələri, forumlar və inkişaf istiqamətləri təqdim olunub, yeni əməkdaşlıq imkanları müzakirə edilib.

PostNews xəbər verir ki, oktyabrın 29-da təşkil olunan tədbirdə platformanın dostları, uzunmüddətli tərəfdaşları və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tikinti, maliyyə, hüquq, təhsil, psixologiya və digər sahələrin nümayəndələrinin qatıldığı tədbir Milli Məclisin deputatı Ceyhun Məmmədovun çıxışı ilə başlayıb.

Deputat çıxışında bu cür görüşlərin əhəmiyyətini vurğulayıb, “World” Təhsil və İnkişaf Platformasının fəaliyyətindən və təşəbbüslərindən danışıb.

Platformanın 13 illik fəaliyyəti təqdim olunub

Tədbir iştirakçılarına “World” Təhsil və İnkişaf Platformasının 13 il ərzində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Təqdimatda platformanın reallaşdırdığı təhsil layihələri, təşkil etdiyi forum və seminarlar, eləcə də tədris istiqamətləri diqqətə çatdırılıb.

Sahibkarlar arasında yeni əlaqələr qurulub

“World Networking Day” çərçivəsində sahibkarlar arasında müxtəlif networking oyunları təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Təxminən 80 sahibkarın iştirak etdiyi tədbir yeni tanışlıqların qurulması, işgüzar əlaqələrin genişləndirilməsi və gələcək birgə layihələr üçün imkanların yaradılması baxımından platforma rolunu oynayıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri