PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
“OpenAI” şirkəti “ChatGPT” platformasında reklam yerləşdirməyi sınaqdan keçirir.
PostNews xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, ilkin mərhələdə ABŞ-də “ChatGPT”-nin pulsuz versiyasından istifadə edən istifadəçilər arasında test qrupları formalaşdırılıb.
Şirkət qeyd edib ki, “Plus”, “Pro”, “Business”, “Enterprise” və “Edu” kimi ödənişli abunəliklər üçün reklamların yerləşdirilməsi nəzərdə tutulmur.
OpenAI-nin açıqlamasında bildirilir ki, reklam bölmələri istifadəçilər üçün aydın şəkildə nişanlanacaq və neyron şəbəkəsinin cavablarından ayrı təqdim olunacaq. Reklamlar chatbotun cavablarının məzmununa təsir etməyəcək.

