Süni intellekt bacarıqları tələb edən vakansiyalar 1,587 faiz artıb

Mətn Ölçüsü

Dünyanın ən böyük işə qəbul agentliklərindən biri olan Randstad 27 min işçi1,225 işəgötürən arasında sorğu aparıb, həmçinin 35 bazarda 3 milyondan çox iş elanını təhlil edib.

PostNews xəbər verir ki, sorğu nəticələrinə görə, hər beş işçidən dördü süni intellektin gündəlik işlərinə təsir edəcəyini düşünür.

Şirkətlərin AI çatbotları və avtomatlaşdırmaya artan marağı xüsusilə “Z” nəsli arasında narahatlıq yaradıb.

Randstad-ın illik “Workmonitor” hesabatı göstərir ki, süni intellekt bacarıqları tələb edən vakansiyalar 1,587 faiz artıb. Sorğu həmçinin qeyd edir ki, AI və avtomatlaşdırma əsasən daha az mürəkkəb, əməliyyat xarakterli vəzifələri əvəz edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti