Antarktidadakı pinqvinlər iqlim dəyişikliyinə cavab olaraq çoxalma mövsümünü irəlilədib

Mətn Ölçüsü

Araşdırmalar göstərir ki, Antarktidadakı pinqvinlər iqlim dəyişikliyinə cavab olaraq çoxalma mövsümünü əhəmiyyətli dərəcədə irəli çəkiblər.

PostNews xəbər verir ki, bu məlumat Oksford UniversitetiOksford Bruks Universitetinin “Penguin Watch” təşkilatı ilə birgə apardığı 10 illik tədqiqatın nəticələrinə əsaslanır.

Tədqiqatda bəzi pinqvin növlərində çoxalmanın üç həftədən çox erkən başladığı müəyyən edilib. 2012–2022-ci illər ərzində alimlər 37 koloniya və subantarktik adalarda yerləşdirilən 77 kamera vasitəsilə Adelie, ChinstrapGentoo pinqvinlərinin davranışlarını izləyiblər.

Nəticələr göstərir ki, gentoo pinqvinlərində çoxalma vaxtı orta hesabla 13 gün, bəzi koloniyalarda isə 24 gün irəliləyib ki, bu da onurğalılar arasında qeydə alınan ən sürətli fenoloji dəyişikliklərdən biri hesab olunur. Digər iki növdə isə bu irəliləyiş təxminən 10 gün təşkil edib.

Tədqiqatçılar bildirir ki, bu dəyişikliklər pinqvin balalarının qidaya çıxışını təhlükə altına qoyur və növlər arasında rəqabəti artırır. Gentoo pinqvinləri iqlim dəyişikliyindən nisbətən faydalansalar da, Adélie və Chinstrap pinqvinlərinin sayı azalır. Alimlər xəbərdarlıq edirlər ki, bu proses Antarktida ekosisteminin ümumi tarazlığını poza bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti