İtaliyanın lüks idman avtomobil istehsalçısı Lamborghini 2025-ci ildə dünya üzrə 10 747 avtomobil sataraq bütün zamanların rekordunu yeniləyib.
PostNews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Məlumata görə, Almaniyanın “Volkswagen” qrupuna daxil olan Lamborghini əldə olunan bu nəticəni yüksək performanslı modellərin hibridləşdirilməsi strategiyası və bütün regionlar üzrə güclü satış göstəriciləri ilə əlaqələndirib.
Hesabat dövründə satışlarda EMEA regionu 4 650 avtomobillə lider mövqedə qərarlaşıb. Onu Amerika regionu üzrə 3 347, Asiya–Sakit Okean regionu üzrə isə 2 750 avtomobil satışı izləyib.
Şirkətin baş direktoru Stefan Vinkelmann bildirib ki, əldə olunan rekord göstəricilər Lamborghini brendinin mürəkkəb qlobal iqtisadi şəraitdə belə rəqabət üstünlüyünü qoruyub saxladığını bir daha təsdiqləyir.
