Dünya milyarderləri 2025-ci ildə 18,3 trilyon dollarlıq sərvətə sahib oldu

Mətn Ölçüsü

2025-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvəti 18,3 trilyon ABŞ dolları ilə tarixi maksimuma çatıb.

PostNews xarici KİV-ə istinadən bildirir ki, bu məlumatı beynəlxalq “Oxfam” təşkilatı açıqlayıb.

Təşkilatın hesabatına görə, hazırda dünyadakı milyarderlərin sərvəti 18,3 trilyon dollar təşkil edir ki, bu da tarixdə qeydə alınan ən yüksək göstəricidir. 2025-ci ildə bu sərvət 16 faizdən çox artıb və bu, son beş ilin orta artım tempindən üç dəfə sürətlidir.

2020-ci ildən etibarən milyarderlərin sərvəti ümumilikdə 81 faiz artıb. Eyni zamanda, mütəxəssislər bildirir ki, dünyada milyarderlərin sayı ilk dəfə 3 min nəfəri ötüb.

Buna baxmayaraq, dünyada hər dörd nəfərdən biri yetərsiz qidalanmadan əziyyət çəkir və dünya əhalisinin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti