Çin əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşüb

Mətn Ölçüsü

2025-ci ildə Çin əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşüb.

PostNews xəbər verir ki, bu barədə məlumatı Çinin Milli Statistika Bürosu açıqlayıb.

Hesabatda bildirilir ki, il ərzində ölkədə 7,92 milyon doğum və 11,31 milyon ölüm qeydə alınıb. Doğum və ölüm göstəriciləri hər min nəfərə müvafiq olaraq 5,63 və 8,04 təşkil edib.

Rəsmi məlumatlara əsasən, kişi əhalisi 0,3% azalaraq 716,85 milyon nəfər, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyon nəfər olub. Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin sayı 1,5% artaraq 223,65 milyona çatıb.

Qeyd olunur ki, Çin hökuməti son illərdə doğum səviyyəsini artırmaq və yaşlı əhalinin iqtisadi fəallığını gücləndirmək məqsədilə bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti