Azərbaycanın strateji valyuta ehtiyatları rekord səviyyəyə yüksəldi

Mətn Ölçüsü

Azərbaycanın strateji valyuta ehtiyatları yeni rekord səviyyəyə çatıb.

PostNews xəbər verir ki, 2026-cı ilin yanvarın 1-nə ölkənin valyuta ehtiyatları 85,56 milyard ABŞ dollarına yüksəlib.

Ötən ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73,541 milyard dollar təşkil edib. Strateji valyuta ehtiyatlarının 11,515 milyard dolları Mərkəzi Bankın payına düşür.

Son 1 ildə valyuta ehtiyatlarının artımı 14,165 milyard dollar və ya 19,8% olub. Bu artım Azərbaycanın maliyyə dayanıqlığını və beynəlxalq iqtisadi sabitliyini daha da gücləndirib.

Ekspertlər bildirir ki, strateji valyuta ehtiyatlarının bu səviyyəyə çatması ölkənin iqtisadi və maliyyə siyasətinin uğurlu nəticəsi olaraq qiymətləndirilir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti