ABŞ Prezidenti Donald Tramp dünya bazarlarında neftin bir barelinin qiymətinin 53 dollara qədər azalmasını istədiyini açıqlayıb.
PostNews xəbər verir ki, bu barədə ABŞ lideri Detroytda jurnalistlərlə görüşü zamanı verdiyi açıqlamada danışıb.
Donald Tramp bildirib ki, hazırda dünya bazarlarında neftin qiyməti bir barel üçün təxminən 58 dollar səviyyəsindədir və bu göstəricinin daha da aşağı düşməsini məqsədəuyğun hesab edir.
ABŞ Prezidenti çıxışı zamanı neftin bir barelinin 53 dollar olmasını istədiyini xüsusi olaraq vurğulayıb.
