PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
AMB sədri Taleh Kazımovun açıqlamasına görə, qeyri-nağd valyuta bazarında orta hesabla 70 milyon dollarlıq təklifə qarşı tələb 15 milyon dollar olub. Nağd bazarda isə tələb təklifdən 759 milyon dollar çox qeydə alınıb.
PostNews xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.
Kazımov bildirib ki, valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb və təklif nisbəti fərqlənir. Qeyri-nağd bazarda təklif tələbi xeyli üstələyib. İl ərzində orta hesabla təklif 70 milyon dollar, tələb isə 15 milyon dollar təşkil edib.
Oktyabrda baş tutan yeddi valyuta hərracından beşində tələb olmayıb. Qalan iki hərracda ümumi tələb 4,5 milyon dollar olub.
Nağd valyuta bazarında isə tələb təklifi 759 milyon dollar üstələyib.
AMB sədrinin sözlərinə görə, bazardakı vəziyyət və bank sektorunda davam edən dedollarizasiya əmanətlərin valyuta strukturunda da görünür. Son 12 ayda rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 25,7%-ə enib. Qeyri-rezident fiziki şəxslərin əmanətlərində göstərici 5,7 faiz bəndi azalaraq 54,6% təşkil edib.

