Azərbaycan neftinin 2027-ci il üzrə orta qiyməti 82,8 dollar gözlənilir

Mətn Ölçüsü

Taleh Kazımovun açıqlamasına görə, AMB 2026-cı ildə Azərbaycan neftinin bir barelinin orta qiymətini 92,8 dollar, 2027-ci ildə isə 82,8 dollar səviyyəsində proqnozlaşdırır.

PostNews.az xəbər verir ki, Mərkəzi Bankın sədri bu barədə faiz dəhlizinin parametrlərinə dair oktyabrın 29-da keçirilən mətbuat konfransında danışıb.

“2026-cı ildə Azərbaycan neftinin bir barelinin orta qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırırıq. Gələn il üçün 1 barel neftin orta qiymətinin 82,8 dollar olacağı gözlənilir”, – deyə Taleh Kazımov bildirib.

Açıqlanan proqnoza əsasən, 2027-ci ildə Azərbaycan neftinin orta qiymətinin 2026-cı il üçün nəzərdə tutulan göstəricidən 10 dollar aşağı olacağı gözlənilir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri