Orxan Məmmədzadə: TEI Forum Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələri gücləndirəcək

Mətn Ölçüsü

TEI Forum 2026-da 30-dan çox ölkənin nümayəndəsi iştirak edir. Forum çərçivəsində beynəlxalq biznes əlaqələrinin qurulması, startapların investisiya cəlb etməsi və Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.

PostNews xəbər verir ki, bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində açıqlamasında “BMG International” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Orxan Məmmədzadə bildirib.

BMG International forumun təsisçilərindən və təşkilatçılarından biridir

Orxan Məmmədzadənin sözlərinə görə, “BMG International” TEI Forum 2026-nın təsisçilərindən və təşkilatçılarından biri kimi çıxış edib. Şirkət tədbir çərçivəsində keçirilən panel müzakirələrindən birində həm moderator, həm də spiker qismində iştirak edib.

O qeyd edib ki, forumun strateji tərəfdaşı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir (İİTKM).

“Forumda 30-dan çox ölkənin nümayəndəsi iştirak edir. Tədbir çərçivəsində çoxsaylı B2B görüşlər, beynəlxalq şəbəkələşmə imkanları, startap layihələrinin tanıdılması və onların investisiya cəlb etməsi məsələləri müzakirə olunur”, – deyə O.Məmmədzadə bildirib.

TEI Forum Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığa töhfə verəcək

Şirkət rəhbəri forumun beynəlxalq səviyyədə təşkilinin investorların startaplara marağının artmasına və ölkələr arasında yeni iqtisadi əlaqələrin qurulmasına şərait yaradacağını vurğulayıb.

Onun fikrincə, tədbir Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi və mövcud əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

“Forumun beynəlxalq səviyyədə təşkili investorların startaplara marağının artmasına, həmçinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yeni ticarət və iqtisadi əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək. Forumda Qazaxıstan, Özbəkistan, Malta və digər ölkələrdən biznes nümayəndələri iştirak edir. Bu forum gələcək tərəfdaşlıqların və iqtisadi əməkdaşlıq təşəbbüslərinin inkişafı üçün möhkəm zəmin yaradacaq”, – deyə Orxan Məmmədzadə qeyd edib.

O əlavə edib ki, TEI Forum 2026 kimi beynəlxalq tədbirlər biznes əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və innovativ həllərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri