2025-ci ilin dekabr ayında Azərbaycanda ən çox istifadə olunan axtarış sistemi Google olub. Platforma bazarın 83,75%-ni təşkil edərək lider mövqeyini qoruyub.
PostNews “Global Stats” statistika mərkəzinin məlumatına əsasən xəbər verir ki, Google-un payı oktyabr ayı ilə müqayisədə 4,37 faiz bəndi artıb.
Eyni dövrdə Yandex-in payı 4,48 faiz bəndi azalaraq 13,86%-ə düşüb.
Digər axtarış sistemləri isə nisbətən kiçik paya malikdir: Bing 1,6% ilə azacıq artım göstərib, Yahoo isə 0,27% ilə azalma nümayiş etdirib.

