Azərbaycanda əməliyyat sistemi bazarında Android payını 29,03%-ə endirib

Mətn Ölçüsü

2025-ci ilin dekabr ayında Azərbaycanda əməliyyat sistemi bazarında dəyişikliklər qeydə alınıb.

PostNews “Global Stats” statistika mərkəzinin məlumatına əsasən xəbər verir ki, Android əməliyyat sisteminin bazar payı əvvəlki aya nisbətən 3,95 faiz bəndi azalaraq 29,03% təşkil edib.

İkinci yerdə Microsoft Windows məhsulları qərarlaşıb. Onların bazar payı dekabrda 38,55% olub ki, bu da noyabr ayı ilə müqayisədə 0,29 faiz bəndi azalma deməkdir.

iOS əməliyyat sistemi üçüncü sıradadır və bazar payı 8,64% təşkil edib. Bu göstərici əvvəlki aya nisbətən 0,54 faiz bəndi azalıb.

Qalan digər əməliyyat sistemlərinin bazar payı isə 23,78% səviyyəsində olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti