“Azərbaycan Hava Yolları”nın (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
PostNews xəbər verir ki bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər reyslərlə bağlı mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Milli aviadaşıyıcı qeyd edib ki, uçuşlarla bağlı bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunur.
AZAL-ın məlumatına görə, uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
