“Şəhidin əmanətlərini unutmayaq” adlı sosial çarx hazırlanıb

Mətn Ölçüsü

Anım Gününə həsr olunmuş “Şəhidin əmanətlərini unutmayaq” adlı sosial çarx hazırlanıb.

PostNews xəbər verir ki, layihənin əsas məqsədi şəhid övladlarına daim diqqət və qayğı ilə yanaşmağın vacibliyini çatdırmaq, onların cəmiyyətdə xüsusi diqqətə layiq olduqlarını göstərməkdir.

Sosial çarxın süjetində şəhid qızı Aylinin yeni məktəbdə atası haqqında fəxrlə danışması əks etdirilib. Rusdilli olan Aylinin çıxışında səmimiyyəti, Vətənə və şəhid atasına olan sevgisi xüsusi vurğulanır.

Aylin obrazını “Baku Cast” MMC-nin aktyorluq kursunun tələbəsi Elina Əliyeva canlandırıb. Müəllimə rolunda isə aktrisa Nurəngiz Quliyeva çəkilib.

Sosial çarxın rejissoru Sərdar Gözəlovdur. Layihə “Baku Cast” MMC-nin rəhbəri Zaur Səmədovun təşəbbüsü ilə ərsəyə gəlib.

“Şəhidin əmanətlərini unutmayaq” sosial çarxı şəhidlərin övladlarına göstərilən diqqət və qayğının davamlı olmasının əhəmiyyətini ictimaiyyətə çatdırmağı hədəfləyir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri