Prezident İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir

Mətn Ölçüsü

PostNews – Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.

Türkmənistan Prezidenti İlham Əliyevi qarşılayıb

“Avaza” Kompleksində Azərbaycan Prezidenti İlham Əliyevi Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşılayıb.

Daha sonra tədbirdə iştirak edən dövlət başçıları birgə xatirə fotosu çəkdiriblər.

Azərbaycan Prezidenti Məşvərət görüşündə iştirak edir

Azərbaycan dövlət başçısının Türkmənistana işgüzar səfəri çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı nəzərdə tutulub.

Görüş Türkmənbaşı şəhərində yerləşən “Avaza” Kompleksində keçirilir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri