Avropa Birliyində tam elektrikli avtomobillərin satışları ilk dəfə benzinlə işləyən avtomobillərin satışlarını ötüb. Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Dekabr ayında satış artımı əsasən batareya ilə işləyən elektrik avtomobillərinin artan satışlarından qaynaqlanıb. Bu yüksəliş Avropa bazarında illik müqayisədə altıncı ardıcıl aylıq satış artımına səbəb olub.
Qeyd edək ki, Böyük Britaniya və Norveç bazarlarında da elektrikli avtomobillərin satışı benzinlə işləyən avtomobillərin satışlarını üstələyib. Bu tendensiya Avropa avtomobil bazarında elektrik avtomobillərinin sürətli böyüməsini göstərir.

