“ChatGPT” çatbotunu yaradan ABŞ şirkəti “OpenAI” ilk cihazını 2026-cı ildə təqdim etməyi planlaşdırır.
PostNews xəbər verir ki, bunu şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinə açıqlamasında bildirib.
Leheyn qeyd edib ki, cihazın texniki xüsusiyyətləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb. Bununla belə, o əlavə edib ki, yeni qurğu smartfondan daha səssiz olacaq və istifadəsi daha asan olacaq.
Şirkət bu cihazın buraxılışını 2026-cı ilin ikinci yarısına planlaşdırır.
