PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
“Xalq Həyat Sığorta” ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 201,5 min manat və ya 10,4% çoxdur.
PostNews xəbər verir ki, şirkətin 2026-cı ilin üçüncü rübü üzrə açıqlanan maliyyə göstəricilərinə əsasən, cari ilin ilk doqquz ayında ümumi gəlirlər 11,7 milyon manat, xərclər isə 9,3 milyon manat təşkil edib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə şirkətin gəlirləri 1,5 milyon manat və ya 14,7%, xərcləri isə 1,2 milyon manat və ya 14,8% artıb.
“Xalq Həyat Sığorta”nın əməliyyat gəlirləri 9,8 milyon manat olub
2026-cı ilin yanvar-sentyabr aylarında şirkətin gəlirlərinin əsas hissəsi sığorta əməliyyatlarından formalaşıb.
Belə ki, əsas əməliyyat gəlirləri 9,8 milyon manat, investisiya fəaliyyətindən əldə edilən gəlirlər isə 1,6 milyon manat təşkil edib.
Hesabat dövründə xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə gəlirlər 135,6 min manat, digər gəlirlər isə 128,3 min manat olub.
Şirkətin xərcləri 14,8% artıb
Cari ilin ilk doqquz ayında “Xalq Həyat Sığorta”nın ümumi xərcləri 9,3 milyon manat təşkil edib.
Xərclərin əsas hissəsini 5,3 milyon manatlıq əməliyyat xərcləri təşkil edib. İşlərin aparılmasına isə 4 milyon manat sərf olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin ümumi xərcləri 1,2 milyon manat və ya 14,8% artıb.
Hesabat dövründə “Xalq Həyat Sığorta” ASC-nin vergidən əvvəlki mənfəəti 2,4 milyon manat olub. Mənfəət vergisi üzrə xərclər 287,5 min manat təşkil edib.
Nəticədə, şirkətin xalis mənfəəti 2,1 milyon manata çatıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201,5 min manat və ya 10,4% artıb.
“Xalq Həyat Sığorta”nın aktivləri 31,1 milyon manat olub
2026-cı il sentyabrın 30-na şirkətin ümumi aktivlərinin həcmi 31,1 milyon manat təşkil edib.
Aktivlərin strukturunda investisiya aktivləri 27 milyon manatla əsas paya sahib olub.
Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 1,3 milyon manat, debitor borcları 1,8 milyon manat, torpaq, tikili və avadanlıqları isə 682,4 min manat səviyyəsində qeydə alınıb.
Şirkətin öhdəlikləri 0,7% azalıb
Cari ilin üçüncü rübünün sonunda “Xalq Həyat Sığorta”nın ümumi öhdəlikləri 13,9 milyon manat olub.
Bu göstərici ilin əvvəli ilə müqayisədə 91 min manat və ya 0,7% azalıb.
Öhdəliklərin əsas hissəsini 10,5 milyon manatlıq sığorta ehtiyatları təşkil edib.
Bundan başqa, şirkətin kreditor borcları 986,1 manat, digər öhdəlikləri isə 2,4 milyon manat olub.
“Xalq Həyat Sığorta”nın kapitalı 17,1 milyon manat təşkil edib
2026-cı ilin sentyabr ayının sonuna “Xalq Həyat Sığorta” ASC-nin ümumi kapitalı 17,1 milyon manat olub.
Kapitalın 15 milyon manatı nizamnamə kapitalının, 2,1 milyon manatı isə bölüşdürülməmiş mənfəətin payına düşüb.
Beləliklə, “Xalq Həyat Sığorta” 2026-cı ilin ilk doqquz ayında gəlirlərini 14,7%, xalis mənfəətini isə 10,4% artırıb. Hesabat dövrünün sonunda şirkətin aktivləri 31,1 milyon manat, öhdəlikləri 13,9 milyon manat, ümumi kapitalı isə 17,1 milyon manat təşkil edib.

