2025-ci ildə qəsdən törədilən hücumlarda 21 BMT əməkdaşı həlak olub

Mətn Ölçüsü

2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMT əməkdaşı – 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.

PostNews xəbər verir ki,  bu məlumat BMT-nin Beynəlxalq mülki xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin 2025-ci ilin yekunlarına dair cümə axşamı yaydığı hesabatda yer alıb. Hesabatda Qəzza müharibəsi zamanı həlak olan əməkdaşlar daxil deyil, çünki onlar qəsdən hücumların hədəfi olmayıb.

Həyatını itirən əməkdaşlardan altısı Banqladeşli, beşi Sudanlı, ikisi Cənubi Afrikalı, digərləri isə Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan, Fələstin, Keniya və Zambiya vətəndaşı olub.

Hesabatda göstərilir ki, 2024-cü ildə qəsdən törədilən hücumlarda 5 BMT əməkdaşı, 2023-cü ildə isə 11 əməkdaş həlak olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti