“ChatGPT” çatbotunu yaradan “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa əlaqələndirilməsini nəzərdə tutan mümkün layihədən bəhs edib.
PostNews xəbər verir ki, bu barədə “Merge Labs” məlumat yayıb. Qeyd olunub ki, şirkət tamamilə yeni tip beyin–kompüter interfeysi üzərində işləyir.
Məlumata görə, layihənin əsas məqsədi hər hansı cərrahi müdaxiləni istisna etməkdir. Yeni texnologiya baş nahiyəsinə implant və ya çip yerləşdirilməsini tələb etmir. Çiplərin elektrodlar əvəzinə molekulyar səviyyədə neyronlara bağlanacağı, məlumatların isə ultrasəs vasitəsilə qəbul və ötürüləcəyi bildirilib.
