ARDNF-nin neft və qaz sazişlərindən gəlirləri 2025-ci ildə 10,3 milyard manata yaxın olub

Mətn Ölçüsü

2025-ci ilin yanvar–dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10,266 milyard manat olub.

PostNews xəbər verir ki, bu barədə Fondun açıqladığı rəsmi hesabatda bildirilir. Məlumata görə, sözügedən göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,977 milyard manat və ya 16,1% azdır.

Hesabat dövründə gəlirlərin strukturu aşağıdakı kimi olub:

  • Mənfəət neftinin və qazın satışından9,497 milyard manat,
  • Bonus ödənişləri və tranzit gəlirləri765,7 milyon manat,
  • Akrhesabı ödənişlər3,6 milyon manat.

Eyni zamanda bildirilib ki, 2025-ci ildə:

  • “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından ARDNF-yə 8,293 milyard manat,
  • “Şahdəniz” yatağından (qaz və kondensat) isə 958,8 milyon manat vəsait daxil olub.

Qeyd edək ki, ARDNF-nin neft və qaz sazişləri üzrə gəlirləri ölkənin ümumi fiskal dayanıqlığında və strateji valyuta ehtiyatlarının formalaşmasında mühüm rol oynayır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti