Almaniya ABŞ-nin tariflərinə cavab olaraq hərbi bazaların icarə haqqını artırmağı nəzərdən keçirir

Mətn Ölçüsü

Almaniya ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq ölkə ərazisində yerləşən Amerika hərbi bazalarından istifadə üçün icarə haqqını əhəmiyyətli dərəcədə artırmağı nəzərdən keçirir.

PostNews xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti Berlindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniyadakı Amerika hərbi bazalarının bağlanması variantı nəzərdən keçirilmir.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 17-də elan edib ki, Birləşmiş Krallıq, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə 10% tarif tətbiq olunacaq. Tariflər 1 iyun tarixindən etibarən 25%-ə qədər artırılacaq.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti