2025-ci ildə Azərbaycan dövlət büdcəsində ehtiyat fondları üçün nəzərdə tutulmuş vəsaitin 1,612 milyard manatı maliyyələşdirilib. Bu göstərici 2024-cü illə müqayisədə 2,25 dəfə çoxdur.
PostNews xəbər verir ki, məlumat Maliyyə Nazirliyindən əldə edilib.
Belə ki, 2025-ci ildə dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamış bəzi tədbir və xərclərin maliyyə təminatı üçün aşağıdakı məbləğlər istifadə olunub:
- Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan – 41,7 milyon manat,
- Dövlət büdcəsinin ehtiyat fondundan – 1,569,9 milyon manat.
- Cəm olaraq bu vəsait 1,611,6 milyon manat təşkil edib. Buraya əlavə olaraq dövlət büdcəsində qənaət olunmuş vəsaitdən ehtiyat fonduna yönəldilmiş 1,594,3 milyon manat da daxil edilib.
Məlumatda qeyd olunur ki, bu maliyyələşdirmə “Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə uyğun həyata keçirilib və ehtiyat fondları həm planlaşdırılmış, həm də qəfil xərclərin təminatı üçün istifadə olunub.
