Neft-qaz sektoru üzrə daxilolmalar 7,2 faiz artıb

Mətn Ölçüsü

2025-ci il üzrə Azərbaycan dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18,828 milyard manat təşkil edib ki, bu göstərici 2024-cü illə müqayisədə 1,267 milyard manat və ya 7,2 faiz çoxdur.

PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2025-ci ildə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların strukturu belə olub:

  • 4,347 milyard manat və ya 23,1 faizi vergi orqanlarının xətti ilə daxilolmalar,
  • 14,481 milyard manat və ya 76,9 faizi isə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə daxil olmuş neft-qaz gəlirlərinin payı layihələr üzrə belə bölünüb:

  • 2,260 milyard manat və ya 52,0 faizi “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi,
  • 1,795 milyard manat və ya 41,3 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər,
  • 291,7 milyon manat və ya 6,7 faizi “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Bu göstəricilər göstərir ki, neft-qaz sektoru dövlət büdcəsinin gəlirlərində əsas dayaq rolunu oynayır, Dövlət Neft Fondunun transfertləri və vergi daxilolmaları büdcənin maliyyə dayanıqlığını təmin edən əsas mənbələrdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri